çərşənbə axşamı 17 iyun 2025 - 20:48
Təslim olmaq və güzəştə getmək bizə haramdır; biz İmam Hüseynin (ə) yolunu gedənlərik və canımızı fəda etməyə hazırıq.

Hövzə/ İlahiyyatçılar iclasında çıxış edən İslam Elmləri Hövzələrinin Ali Şurasının üzvü dedi: Amerika, Qəzza, Livan, Yəmən, İran və digər bölgələrin xalqına zülm etmək üçün vəhşi itlərini sərbəst buraxmaqla, vilayət və İslam cəbhəsini öz qarşısında diz çökdürmək, baş əyməyə məcbur etmək və təslim olmağa vadar etmək istəyir. Lakin bilməlidir ki, təslim olmaq və güzəştə getmək bizə haramdır. Biz əsla sizin zülmünüz, sitəmkarlığınız və azğınlığınız qarşısında baş əyməyəcəyik.

Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, bu gün günorta saatlarından əvvəl Qum şəhərində yerləşən Feyziyyə dini hövzəsində “Sionist rejimin cinayətlərinin pislənməsi, silahlı qüvvələrə dəstək və ‘Sadiq vədəsi 3’ əməliyyatına” həsr olunmuş möhtəşəm ilahiyyatçılar toplantısında çıxış edən Ayətullah Möhsün Əraki bildirdi: Məhəmməd (s) və Əlinin (ə) davamçılarının cəbhəsi ilə fəsad törədənlər arasında qarşıdurma qədim dövrlərə gedib çıxır. Elə o vaxtdan ki, fəsadçı Yəhudi cərəyanı insan cəmiyyətində fəsad yaymağa başladı, İbrahim (ə) yolunun vilayət xətti onların qarşısında dayanaraq müqavimət göstərdi. Bu qarşıdurma əsrlər boyu davam edib  fəsad cəbhəsinə qarşı islah və haqqı müdafiə edən xətt sinə gərərək dayanıb.

Xubriqan məclisinin rəyasət heyətinin üzvü Ayətullah Əraki sözlərinə belə davam etdi: O gün ki, Əmirəl-möminin Əli (ə) Peyğəmbərdən (s) bayrağı qüdrətlə təhvil aldı və həmin bayraqla Xeybər qalasının qapısını yerindən qopardı  bu günə qədər Əli ibn Əbi Talib (ə) həmin hətəkatın başçısı (bayraqdarı) olaraq qalır.

Biz  İslam  İnqilabının Ali Rəhbərinə deyirik: canımız bahasına da olsa, sizin əmrinizə itaət edirik. Sizin göstərişinizlə, İslam yolunda canımızı fəda etməyə hazırıq.

İslam Elmləri Hövzələrinin Ali Şurasının üzvü əlavə etdi: Bu gün ‘Heydər! Heydər!’ deyərək səslənməyimizin mənası və sirri var. Biz Əmirəl-möminin (ə) Heydər adı ilə çağırırıq. Çünki o, Xeybər döyüşündə özü haqqında ‘Anam mənə Heydər adını qoyub’  deyə tanıtdı. O, düşmən ordusuna bu adla təqdim olundu və Xeybər qalasının qapısını qopardı. Bu gün də biz onu ‘Xeybəri sındıran Heydər’ adı ilə çağırırıq. Çünki o, bu axının bayraqdarını təmsil edir və biz də Heydərin bayrağı altında birləşmişik.

O vurğuladı: Amerika, Qəzza, Livan, Yəmən, İran və digər bölgələrin məzlum insanlarına qarşı zülm və təcavüz etmək üçün azğın quduzlarını buraxaraq vilayət və İslam cəbhəsini öz qarşısında diz çökdürmək və təslim etməyə çalışır. Amma bilməlidir ki, təslim olmaq və güzəştə getmək bizə haramdır. Əsla sizin zülmünüz, sitəmkarlığınız və azğınlığınız qarşısında baş əyməyəcəyik.

Ayətullah Əraki əlavə etdi: Bu xalq  Allahın Qurani Kərimdə Əmirəl-möminin Əli (ə) haqqında tərif etdiyi xüsusiyyətlərlə tərif etdiyi xalqdır. Allah ‘Maidə’ surəsində buyurur: "یَا أَیُّهَا الَّذِینَ آمَنُوا مَنْ یَرْتَدَّ مِنْکُمْ عَنْ دِینِهِ فَسَوْفَ یَأْتِی اللَّهُ بِقَوْمٍ یُحِبُّهُمْ وَیُحِبُّونَهُ أَذِلَّةٍ عَلَی الْمُؤْمِنِینَ أَعِزَّةٍ عَلَی الْکَافِرِینَ یُجَاهِدُونَ فِی سَبِیلِ اللَّهِ وَلَا یَخَافُونَ لَوْمَةَ لَائِمٍ ۚ ذَٰلِکَ فَضْلُ اللَّهِ یُؤْتِیهِ مَنْ یَشَاءُ ۚ وَاللَّهُ وَاسِعٌ عَلِیمٌ، إِنَّمَا وَلِیُّکُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِینَ آمَنُوا الَّذِینَ یُقِیمُونَ الصَّلَاةَ وَیُؤْتُونَ الزَّکَاةَ وَهُمْ رَاکِعُونَ"

 Ey iman gətirənlər! Sizdən hər kim öz dinindən dönərsə, (bilsin ki,) Allah elə bir tayfa gətirər ki, Allah onları sevər, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda cihad edər və tənə edənin tənəsindən qorx­mazlar. Bu, Allahın lütfüdür. Onu dilədiyi kimsəyə verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir.

Bu ayə İslamın bütün məzhəblərində iranlılarla əlaqələndirilmişdir. Rəvayətdə qeyd olunur ki, bu ayə nazil olduqda, Həzrət Peyğəmbər (s) əlini Salman Farsinin çiyninə qoyaraq buyurdu: ‘Bu ayə Salmanın qövmü  yəni iranlılar barəsində nazil olmuşdur.’

Xubriqan məclisinin rəyasət heyətinin üzvü bəyan etdi: "Biz Quranın 'qalib Hizbullah' kimi təqdim etdiyi həmin ümmətik. Bu ifadə İran xalqının Qurandakı təsviridir. O xalq ki, düşmənin burnunu torpağa sürtmədən rahat oturmayacaq və mübarizəsindən vaz keçməyəcək.

O, sionist rejimin başçılarına xitabən dedi: Tariximizi bir daha oxuyun! Bizim böyük şəxsiyyətlərimiz bu yolda hər şeylərini fəda ediblər. Biz, İmam Hüseyn (ə) və İmam Əlinin (ə) yolunun davamçılarıyıq. Əmin olun ki, ‘Hizbullah həqiqətən də qalib gələnlərdəndir.’

Ayətullah Əraki sionist cinayətkarlara xatırlatdı: Əgər bizim radio-televiziya qurumumuza hücum edirsinizsə, bilin ki, nə səsimiz kəsiləcək, nə də igid qadın və kişilərimiz susacaq. Bizim böyüyümüz də, kiçiyimiz də sizin qarşınızda dayanacaq.

O əlavə etdi: Düşmən bilməlidir ki, bir vaxtlar bu hövzədən şah devrildi və bu gün də elə bu hövzədən, Əli (ə) yolunun davamçılarından və bu elmi mərkəzdən Amerikanın dünya üzərindəki hegemonluğuna qarşı yeni bir inqilabın başlanğıcı olacaq. O günü gözləyin ki, sizin hökmranlığınız yer üzündən silinəcək. Biz, əziz komandirlərimizin və böyük şəhidlərimizin qanının hədər getməsinə və unudulmasına əsla icazə verməyəcəyik. Bu müqəddəs qanların tək bir bədəli olacaq: küfr hökmranlığının sonu.

İslam Elmləri Hövzələrinin Ali Şurasının üzvü çıxışının sonunda İran xalqının müqavimətini yüksək qiymətləndirərək dedi: Biz xalqımıza və hərbi komandanlarımıza tam təşəkkür və dəstəyimizi bildiririk. İslam İnqilabının Ali Rəhbərinə  xitabən bir daha deyirik: Canımız bahasına da olsa, əmrinizə itaət edirik. Sizin əmrinizlə İslam yolunda canımızı fəda etməyə hər an hazırıq. Əminik ki, bu bayraq Allahın izni və sizin əlinizlə, bu inqilabın və bu ölkənin sahibinə  İmam Zamana (ə.f) çatacaq.

Xəbərin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha